Son qərar: Avropa Azərbaycanı seçdi

Bölmə: Siyasət
Son qərar:Avropa İttifaqı Rusiyanı “Cənub axını”nı bərpa etməsi üçün razı salmağa çalışmayacaq.

Xalqinfo.az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Avropa Birliyinin Energetika üzrə komissarı Maro Şefçoviç çıxış edib.

O, Avropanın “Cənub axını”nın yerinə “Cənub qaz dəhlizi” layihəsi istiqamətində bütün diqqətini toplamaq niyyətində olduğunu bildirib:

“Avropa yeni prioritet layihə seçib. Bu, Avropa Birliyinə Xəzər dənizindən gələcək “Cənub qaz dəhlizi”dir. Layihə çərçivəsində Avropaya ilk qaz 2019-cu ildə çatmalıdır. “Cənub axını” heç vaxt Avrokomissiya üçün prioritet olmayıb. Brüssel hər zaman “Qazprom”dan asılılığı azaltmaq üçün alternativ variantlar axtarıb. Biz artıq Azərbaycan və Türkiyədən layihənin reallaşması üçün dəstək almışıq. Həmçinin Türkmənistanın qazını daşıya biləcək Transxəzər qaz kəməri layihəsinə nəzər yetiririk”.

Qeyd edək ki, Cənubi qaz dəhlizi özündə bir neçə qaz kəmərini birləşdirir. Əvvəllər bu layihənin tərkibinə demək olar ki, iflasa uğramış Nabucco proyekti də daxil edilmişdi. Proyektin reallaşmasından sonra Azərbaycan qazı Bakı-Tiflis-Ərzurum kəməri vasitəsilə Türkiyəyə, oradan isə Transanadolu və Transadriatik qaz kəmərləri vasitəsilə Yunanıstan, Albaniya, İtaliya və Qərbi Avropaya çıxarılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler