» » Bələdiyyə seçkilərinə üzv olan qadınlarla görüş keçirilib

Bələdiyyə seçkilərinə üzv olan qadınlarla görüş keçirilib

Bölmə: Siyasət
Bələdiyyə seçkilərinə üzv olan qadınlarla görüş keçirilibYAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri, partiyanın səlahiyyətli nümayəndəsi Pərvin Kərimzadə partiya tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülən qadınlarla görüş keçirib.

Xalqinfo.az bildirir ki, qafqazinfo-ya daxil olan məlumata görə, tədbirdə bələdiyyə üzvlüyünə qadın namizədlər , təbliğat qrupunun üzvləri, müşahidəçilər və partiya fəalları iştirak ediblər.

Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə tədbir iştirakçılarını salamlayıb, seçki kampaniyasında bələdiyyə üzvlüyünə qadın namizədlərə uğurlar arzulayıb. Qeyd edib ki, qadınların bələdiyyələrdə təmsil olunması günün tələbidir. Bələdiyyələr daha çox əhalinin sosial məsələləri ilə məşğul olan qurumdur. Bu baxımdan, qadınların yerli özünüidarəetmə orqanlarında iştirakı qadın ədalətinin, şəfqətinin,diqqətinin bu quruma gətirilməsi deməkdir.

Ötən bələdiyyə seçkilərindən qadınların fəallığı 10 dəfədən çox artıb.

Sonda bələdiyyə üzvlüyünə namizədlərə vəsiqələr , bukletlər təqdim edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler