» » Məşhur vəkilin fəaliyyətinə xitam verildi-

Məşhur vəkilin fəaliyyətinə xitam verildi- Yenilənib

Bölmə: Siyasət, BLOK XƏBƏR
Məşhur vəkilin fəaliyyətinə xitam verildi-Xalid Bağırovun vəkil kimi fəaliyyətinə xitam verilib.

Xalqinfo.az bildirir ki, qafqazinfo-nun verdiyi xəbərə görə, bu barədə Akif Qurbanov məlumat verib.

Səbəb isə “İsmayıllı işi”ndə Xalid Bağırovun məhkəmə çıxışında dövlətçiliyə hörmətsizlik etməsi göstərilib.

***

Xalid Bağırov qafqazinfo-ya açıqlamasında fəaliyyətinə xitam verilməsini təsdiqləyib: “Bu gün Vəkillər Kollegiyası qərar verib ki, mən vəkilliyimə xitam verilməsi üçün məhkəməyə müraciət edilsin, məhkəmə qərarı verilənə kimi də fəaliyyətim dayandırılsın”.

X.Bağırov bildirib ki, buna səbəb Şəki Apellyasiya Məhkəməsi Vəkillər Kollegiyasına müraciəti olub: “İlqar Məmmədovun məhkəməsində çıxışım zamanı “belə dövlətdə belə məhkəmə olacaq”, “Azərbaycanda ədalətli məhkəmə olsaydı, belə qərəzli və ədalətsiz qərar çıxarılmazdı” ifadələrim dövlətçiliyə hörmətsizlik kimi qiymətləndirilib. Buna əsasən də Vəkillər Kollegiyasına müraciət edilib. Kollegiya da vəkilliyimə xitam verilməsi üçün məhkəməyə müraciət etmək haqda qərar verib”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler