» » DİN-dən İlqar Məmmədovun saxlanılması xəbərinə reaksiya

DİN-dən İlqar Məmmədovun saxlanılması xəbərinə reaksiya

Bölmə: Siyasət, BLOK XƏBƏR
DİN-dən İlqar Məmmədovun saxlanılması xəbərinə reaksiya





"Bu gün MSK-nın önündə saat 15:00-a gözlənilən razılaşdırılmamış aksiya öncəsi REAL partiyasının sədri İlqar Məmmədovun, D18 hərəkatının rəhbəri Ruslan İzzətlinin və bir neçə fəalın polis tərəfindən saxlanılmaları barədə xəbərlər məlumatlar reallığı əks etdirmir, çünki hazıra qədər paytaxtdakı polis idarələrinə və bölmələrinə heç kəs gətirilməyib".

"Xalqinfo" xəbər verir ki, bunları DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

"Ola bilər profilaktiki tədbirlər zamanı kimlərsə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu da onların saxlanılması anlamına gəlməməlidir. Yeri gəlmişkən xatırladım ki, dünən xəbər verdiyimiz kimi razılaşdırılmamış istənilən aksiyanın baş tutmasına imkan verilməyəcək və qarşısı polis tərəfindən alınacaq", - deyə o qeyd edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler