» » İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verdi

İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verdi

Bölmə: Siyasət, BLOK XƏBƏR
İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verdi




Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilir.

Xalqinfo.az xəbər verir ki, səsvermə prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində canlanma müşahidə olunurdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs vermək üçün bu seçki məntəqəsinə gəliblər.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.

Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs veriblər.

Qeyd edək ki, Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində 574 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 20 namizəd mübarizə aparır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler