» » Elman Nəsirovun Cəlilabadda seçicilərlə uğurlu görüşləri davam edir-Fotolar

Elman Nəsirovun Cəlilabadda seçicilərlə uğurlu görüşləri davam edir-Fotolar

Bölmə: Siyasət, BLOK XƏBƏR
Elman Nəsirovun Cəlilabadda seçicilərlə uğurlu görüşləri davam edir-Fotolar






Yeni Azərbaycan Partiyasının 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə deputatlığa namizədi Elman Nəsirov yanvarın 28-də təbliğat-təşviqat kampaniyası çərçivəsində Qarakazımlı, Dələli, Moranlı, Zərbiəlli, Sarxanlı, Bayxanlı, Məlikqasımlı, Məşədilər, Şötüklü, Dostallı, Novruzallı və Yusifli kəndlərindən olan seçicilərlə görüşüb.


Xalqinfo.az-ın məlumatına görə Elman Nəsirov görüşdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi, iqtisadi, sosial, struktur və kadr islahatları, onun uğurlu nəticələri haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, dövlət başçısının rəhbərliyi altında gömrük və vergi sistemində həyata keçirilən köklü islahatlar nəticəsində plandan əlavə bir milyard manat vəsait toplanmışdır. Bu vəsait də əhalinin sosial rifahının, xüsusilə də həssas kateqoriyadan olan insanların sosial ehtiyaclarının ödənilməsi mənafeyinə xidmət göstərir. Elə bu səbəbdən də ölkəmizdə səfərbər olunmuş cəmiyyət, xalq-hakimiyyət birliyi mövcuddur. Xalq birmənalı olaraq öz prezidentinin bütün təşəbbüslərini dəstəkləyir, Prezident də məhz xalqın milli mənafeyinə söykənən müstəqil siyasət həyata keçirir. Nəticədə ölkəmizdə ictimai-siyasi sabitlik və təhlükəsizlik mühütü formalaşmış və daha da möhkəmlənmişdir.

Deputatlığa namizəd həmçinin seçicilərin qayğıları ilə maraqlandı, onların suallarına cavab verib.
Elman Nəsirovun Cəlilabadda seçicilərlə uğurlu görüşləri davam edir-Fotolar
Elman Nəsirovun Cəlilabadda seçicilərlə uğurlu görüşləri davam edir-Fotolar
Elman Nəsirovun Cəlilabadda seçicilərlə uğurlu görüşləri davam edir-Fotolar
Elman Nəsirovun Cəlilabadda seçicilərlə uğurlu görüşləri davam edir-Fotolar
Sonra seçicilər Yeni Azərbaycan Partiyasının namizədinin seçki platforması ətrafında fikir mübadiləsi aparıblar.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler