» » Mübariz Qurbanlı İtaliyaya gedib

Mübariz Qurbanlı İtaliyaya gedib

Bölmə: Siyasət
Mübariz Qurbanlı İtaliyaya gedibDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İtaliyaya səfərə gedib.
Komitədən lent.az-a verilən məlumata görə, Azərbaycan – İtaliya Parlamentlərarası işçi qrupunun təşəbbüsü ilə Roma şəhərində Azərbaycan Milli Məclisi və İtaliya Senatı tərəfindən "İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi" mövzusunda konfrans keçiriləcək. Dövlət Komitəsinin sədri konfransda “İslam dünyasında dövlət-din münasibətləri: dünyəviləşmə problemi” mövzusunda məruzə ilə çıxış edəcək.
Konfransda Azərbaycan, İtaliya, Papa Dövləti və digər dövlətlərin siyasi və dini qurumlarının, eləcə də Elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler