» » “Çox sağ olun ki, ad gününüzü bizimlə birgə qeyd edirsiz”

“Çox sağ olun ki, ad gününüzü bizimlə birgə qeyd edirsiz”

Bölmə: Siyasət, BLOK XƏBƏR
“Çox sağ olun ki, ad gününüzü bizimlə birgə qeyd edirsiz”
Bu gün Prezident İlham Əliyev Qarabağ müharibəsi əlillərinə mənzil və avtomobillərin təqdim olunması mərasimində onlarla söhbət edib.

"Xalqinfo" xəbər verir ki, ölkə başçısı mənzillərin sənədlərini şəxsən təqdim edib.

Yeni binada mənzil alan İlham Məhərrəmov: Cənab Prezident, məni xatırlayırsınız?

Prezident İlham Əliyev: Bəli, Avropa Oyunlarında.

İlham Məhərrəmov: Siz orada görüş zamanı mənə dediniz ki, çox gözəl işlər görürsünüz. O söz mənə stimul verdi. Leyla xanım Əliyevanın dəstəyi ilə yaradılan Boccia İdman Federasiyasının baş katibiyəm. Federasiyamızın yarandığı qısa müddətdə 1 qızıl və 6 gümüş medalımız olub. Olimpiya Komitəsinin rəhbərliyi ilə Beynəlxalq Boccia Federasiyasının görüşündə 2020-ci və 2021-ci illərdə regional çempionatın Azərbaycanda keçirilməsinə nail olduq. Bütün paralimpiyaçılar adından, əlilliyi olan dostlarımız adından ad gününüzü təbrik edir, Sizə uğurlar arzulayıram.

Prezident İlham Əliyev: Sağ ol. Bu şəkil 4 il bundan əvvəl - 2015-ci ildə çəkilib. Ona görə gərək bir şəkil də çəkilsin.

“Çox sağ olun ki, ad gününüzü bizimlə birgə qeyd edirsiz”

Milli Qəhrəman Sahil Məmmədov dedi: Çox şadam ki, bu gün Sizin ad gününüzdə bizə gözəl ev hədiyyə edirsiniz. Bunu çox şərəflə qəbul edirik. Sizi ad gününüz münasibətilə təbrik edirəm. Sizə cansağlığı, uzun ömür arzu edirəm. Gələcək işlərinizdə müvəffəqiyyətlər diləyirəm.

Zərifə Sultanova: Çox sağ olun, cənab Prezident.

Dilarə Mövludova: Möhtərəm Prezident, mən Sizi təbrik edirəm. Bu gün Sizin ad gününüzdür. Mənim də bu gün ad günümdür. Mənim 81 yaşım tamam olur. Allah ailənizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun. Sizə cansağlığı arzu edirəm.

Əvəz Aslanov: Cənab Prezident, Sizi təbrik edirəm. Çox sağ olun ki, bu günü bizimlə bir yerdə qeyd edirsiniz. Minnətdaram.

Daha sonra avtomobillərin sənədlərinin təqdim edilməsi mərasimi oldu.

Yaşar Nəsirov: Cənab Prezident, ad gününüzü təbrik edirik. Bizə göstərdiyiniz qayğıya görə minnətdarlığımızı bildiririk.

İsgəndər Zeynalov: Çox sağ olun cənab Prezident, yüz yaşayasınız.

Yeganə Allahverdiyeva: Mən də Sizi təbrik edirəm, möhtərəm Prezident. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun.

Kamal Məmmədov: Minnətdarıq Sizə cənab Prezident.

Vüqar Orucov: Cənab Prezident, Sizi təbrik edirəm. Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Sizi bir daha ürəkdən təbrik edirəm. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı gəlir. Bu münasibətlə də sizi təbrik edirəm. Bir daha cansağlığı, uzun ömür arzulayıram.

Mərasim iştirakçıları Prezident İlham Əliyevə bir daha minnətdarlıqlarını bildiriblər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler