Şəhla Hümbətova ilə bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayətVəkillər Kollegiyası (VK) vəkil Şəhla Hümbətova barəsində araşdırma aparılması üçün Baş Prokurorluğa müraciət edib. “Xalqinfo”nun verdiyi xəbərə görə, bu barədə VK üzvü Ş.Hümbətova özü məlumat verib. O bildirib ki, Kollegiyanın Rəyasət Heyəti Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edib və onun haqqında araşdırma aparılmasını istəyib: “Təqdimat mənim Kollegiyadan çıxarılmağıma səbəb olmuş əsaslardan biri – guya məhkəməyə saxta qəbz verməyim iddiası ilə bağlıdır. Belə iddianın heç bir hüquqi əsası yoxdur. Hər hansı cinayət ittihamı və ya vəkillikdən uzaqlaşdırma ilə nəticələnə biləcək fəaliyyətim və hərəkətimdən söhbət gedə bilməz”. Vəkil əlavə edib ki, onu dekabrın 17-si saat 15-də Baş İdarəyə gedib izahat verməyə çağırıblar. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|