» » Əliyevlə Zelenski təkbətək görüşdü - Fotolar + Yenilənib

Əliyevlə Zelenski təkbətək görüşdü - Fotolar + Yenilənib

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Əliyevlə Zelenski təkbətək görüşdü - Fotolar + Yenilənib
Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukraynanın Prezidenti Vladimir Zelenskinin təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, Prezident Vladimir Zelenskini salamlayan Prezident İlham Əliyev deyib:

“Hörmətli cənab Prezident, mən Sizi səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Əminəm ki, səfəriniz uğurlu olacaq və Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına təkan verəcəkdir. Fürsətdən istifadə edərək, prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi təbrik edirəm. Şadam ki, qələbədən bir neçə ay sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, onu göstərir ki, Siz Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına böyük diqqət göstərirsiniz. Biz də bu münasibətlərə böyük diqqət göstəririk.

İkitərəfli gündəlik kifayət qədər genişdir. Bu gün həm siyasi əlaqələr, iqtisadi sahədə əməkdaşlıq, humanitar və digər sahələrdə əlaqələr müzakirə olunacaq. Əminəm ki, keçiriləcək danışıqlar və imzalanacaq sənədlər bizim əlaqələrimizi daha da möhkəmləndirəcək.

Bir daha xoş gəlmisiniz”.

Ukrayna Prezidenti Vladimir Zelenski deyib:

“Cənab Prezident, xoş sözlərinizə görə təşəkkür edirəm. Azərbaycana rəsmi səfərə dəvət edilməyimə görə də Sizə dərin minnətdarlığımı bildirirəm. Səmimi demək istəyirəm ki, mən bundan əvvəl də Azərbaycanda səfərdə olmuşam. Azərbaycana hər səfərimdən sonra mən Ukraynaya yeni hisslərlə, yeni emosiyalarla və yeni dostlarla qayıdıram. Azərbaycan çox qonaqpərvər torpaqdır. Fürsətdən istifadə edərək, Sizi də Ukraynaya rəsmi səfərə dəvət edirəm. Əmin edirəm ki, biz də olduqca qonaqpərvər bir ölkəyik.

Ölkələrimiz arasında hazırda da olduqca möhkəm münasibətlər var. Əminəm ki, bu səfərin nəticəsi olaraq biz onu yeni mərhələyə qaldıra biləcəyik. Azərbaycana minnətdarlığımızı bildirmək istəyirik ki, Azərbaycan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Xahiş edirəm biləsiniz ki, biz də, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”.

***

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenskinin dekabrın 17-də rəsmi qarşılanma mərasimi olub.

"Xalqinfo" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Prezident Vladimir Zelenskinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verib.

Vladimir Zelenski Azərbaycan əsgərlərini salamlayıb.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçib.

***

Azərbaycan Prezidenti İlham Əliyevin və Ukraynanın Prezidenti Vladimir Zelenskinin təkbətək görüşü olub.

Əliyevlə Zelenski təkbətək görüşdü - Fotolar + Yenilənib
Əliyevlə Zelenski təkbətək görüşdü - Fotolar + Yenilənib
Əliyevlə Zelenski təkbətək görüşdü - Fotolar + Yenilənib
Əliyevlə Zelenski təkbətək görüşdü - Fotolar + Yenilənib
Əliyevlə Zelenski təkbətək görüşdü - Fotolar + Yenilənib
Əliyevlə Zelenski təkbətək görüşdü - Fotolar + Yenilənib
Əliyevlə Zelenski təkbətək görüşdü - Fotolar + Yenilənib
Əliyevlə Zelenski təkbətək görüşdü - Fotolar + Yenilənib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler