“Gözümüzün qarşısında günahsız insanlar ölür”“Gözümüzün qarşısında günahsız insanlar ölür”. “Xalqinfo”nun verdiyi xəbərə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov Azərbaycan Radiosunun "Təhlükəsiz yol" proqramında deyib. O bildirib ki, Yol hərəkəti təhlükəsizliyi dövlət rəhbərliyinin, nazirlik rəhbərliyinin daimi diqqətindədir və narahat edir: “Bu qəzalarda insan ölümləri bizi təəssüfləndirir. Bu gün həyatı avtomobilsiz təsəvvür etmək mümkün deyil. Bir insan həyatını avtomobil yolunda itirir. Hadisələrin təhlili onu göstərir ki, qəzalar bir çox insanların diqqətsizliyi və səhlənkarlığı ucbatından baş verir. Maarifləndirmə işləri aparmalıyıq ki, günahsız yerə insanlar ölməsin. Amma tək pis hadisələrə köklənməməli, bu sahədəki müsbət işləri də görmək lazımdır”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|