» » “İlham Əliyevlə də danışdım, məni gözləyir”

“İlham Əliyevlə də danışdım, məni gözləyir”

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“İlham Əliyevlə də danışdım, məni gözləyir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün Bakıya gələ bilər.

Xalqinfo” xəbər verir ki, bu barədə Türkiyə lideri ölkənin bir sıra aparıcı televiziya və radiolarının ortaq yayımı ilə efirdə gedən “Gündem Özel” proqramına qonaq olarkən bildirib.

Ərdoğan AVRO-2020 çərçivəsində İtaliya –Türkiyə matçını izləyib-izləməyəcəyi ilə bağlı sualı cavablandırarkən qeyd edib: “Bu da qəribə işdir. İtaliya ilə başlayırıq. İtaliya öz evində oynayır. Bu, necə bir işdir? Digər iki oyunumuz Bakıda keçiriləcək. Bakıdakı matçlara gedə, Romaya getməyə bilərəm. Lakin digər iki matç Bakıda olacaq. İlham Əliyev qardaşımla da danışdım. Məni gözləyir. İnşallah ora gedər, iki matçı izləyər və qrupdan çıxarıq”.

Qeyd edək ki, iyunun 17-də Bakı Olimpiya Stadionunda Türkiyə - Uels, iyunun 21-də İsveçrə - Türkiyə matçları təşkil olunacaq.

“İlham Əliyevlə də danışdım, məni gözləyir”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler