» » Prezident Boris Consonu təbrik etdi

Prezident Boris Consonu təbrik etdi

Bölmə: Siyasət
Prezident Boris Consonu təbrik etdi
Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consonu yenidən bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

"Xalqinfo" xəbər verir ki, təbrikdə deyilir:

"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk. Enerji sektorunda səmərəli fəaliyyətimiz xüsusi məmnunluq doğurur.

İnanıram ki, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi və dərinləşdirilməsi istiqamətində Sizinlə birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, məsul fəaliyyətinizdə uğurlar diləyirəm".


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler