» » Heydər Əliyev Şirvanda da anıldı

Heydər Əliyev Şirvanda da anıldı

Bölmə: Siyasət
Heydər Əliyev Şirvanda da anıldı
Ümummilli lider Heydər Əliyevin “Anım günü” Şirvan şəhərində silsilə tədbirlərlə qeyd edilib.

Xalqinfo” xəbər verir ki, tədbir iştirakçıları öncə Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini, Heydər Əliyev Mərkəzini ziyarət edib, həyat yolu, fəaliyyəti, dövlət və xalq qarşısında tarixi xidmətləri ilə tanış olublar. Tədbirlərdə Heydər Əliyevin xatirəsi anılıb, ruhuna dualar edilib.

Heydər Əliyevin “Anım günü” ilə əlaqədar 12 dekabrda şirvanlıların, şəhərin mərkəzi meydanında ucalan Heydər Əliyevin abidəsinə və Heydər Əliyev Mərkəzinə kütləvi ümumxalq ziyarəti təşkil edilib.

Öncə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, regional qurumların və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının nümayəndələri Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyevin anım gününə həsr olunmuş ümumşəhər tədbiri Şirvan Gənclər Evində davam etdirilib. Tədbir iştirakçıları öncə Şirvan Gənclər Evinin sərgi salonunda Heydər Əliyevin anım gününə həsr olunmuş sərgi ilə tanış olublar.

Sonra Şirvan Gənclər Evinin iclas zalında şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının, Heydər Əliyev Mərkəzinin və Gənclər Evinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda konfrans keçirilib.

Konfrans dövlət himninin ifası ilə başlayıb. Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda məruzə ilə çıxış edib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler