» » Tbilisidə Heydər Əliyevə həsr olunan anım mərasimi keçirilib -

Tbilisidə Heydər Əliyevə həsr olunan anım mərasimi keçirilib - Fotolar

Bölmə: Siyasət
Tbilisidə Heydər Əliyevə həsr olunan anım mərasimi keçirilib -
Tbilisidə, Gürcüstanın Milli Parlament Kitabxanasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbir ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və ruhuna duaların oxunması ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bildirib ki, Heydər Əliyev dünya azərbaycanlıları, türk dünyası və Qafqazın lideri olaraq qəlblərdə dərin iz qoyub. Diplomat Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunun möhkəmləndirilməsi və inkişafındakı misilsiz xidmətlərindən danışıb: “Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli maraqları və dövlətin mənafeyini hər zaman üstün tutub”.

Səfir Heydər Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı rolu, uğurlu daxili və xarici siyasəti, neft strategiyası ilə Azərbaycanda tərəqqiyə nail olmasından da söz açıb: “Heydər Əliyev Azərbaycan-Gürcüstan dostluğunun memarı olub, iki ölkə arasındakı münasibətlərə hər zaman xüsusi diqqət yetirib və Gürcüstanın çətin dövrlərində qardaşlıq yardımını əsirgəməyib”.

D.Həsənov qeyd edib ki, ülu öndərin gürcü xalqı və Gürcüstanda yaşayan soydaşların rifahının yüksəldilməsində də böyük xidmətləri olub.

Daha sonra Heydər Əliyevə həsr olunan “Dostluq əhdi” (“Завет дружбы”) filmi nümayiş etdirilib.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan çıxışında Heydər Əliyev və Süleyman Dəmirəl arasında olan möhkəm qardaşlıq münasibətləri və hər iki görkəmli dövlət xadiminin Azərbaycan və Türkiyə arasındakı əlaqələrin inkişafındakı rollarından danışıb. Xanım səfir hər iki dahi şəxsiyyətin həyatda olmalarına baxmayaraq, həm Türkiyə, həm də Azərbaycanda onların əsasını qoyduğu sıx münasibətlərin bu gün də uğurla davam etdirildiyini qeyd edib.

Çıxış edən digər natiqlər də Azərbaycanın ümummilli liderinə Gürcüstan dövləti və xalqının verdiyi böyük önəmdən, onun iki ölkə arasındakı münasibətlərin inkişafındakı xidmətlərindən, Gürcüstan azərbaycanlılarına göstərdiyi diqqət və qayğı barədə ətraflı danışıblar.

Mərasimdə Belarusun Gürcüstandakı səfiri Mixail Myatlikov, İranın Gürcüstandakı səfiri Seyid Cavad Şahidi, Qətər səfiri Mübarək bin Nair əl Xəlifə, Gürcüstan parlamentinin deputatları, Gürcüstanın xarici işlər və digər nazirliklərinin nümayəndələri, Kvemo Kartli qubernatorunun müavini, din xadimləri, digər rəsmi şəxslər və ziyalılar iştirak ediblər.

Tbilisidə Heydər Əliyevə həsr olunan anım mərasimi keçirilib -
Tbilisidə Heydər Əliyevə həsr olunan anım mərasimi keçirilib -
Tbilisidə Heydər Əliyevə həsr olunan anım mərasimi keçirilib -
Tbilisidə Heydər Əliyevə həsr olunan anım mərasimi keçirilib -
Tbilisidə Heydər Əliyevə həsr olunan anım mərasimi keçirilib -
Tbilisidə Heydər Əliyevə həsr olunan anım mərasimi keçirilib -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler