» » YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib

YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
“Yeni Azərbaycan Partiyası 126 nəfər səlahiyyətli nümayəndə, bir nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəni Mərkəzi Seçki Komissiyasına təqdim edib və artıq MSK bunu təsdiq edib. Partiyanın namizədlərinin irəli sürülməsi prosesi qalıb. Bununla bağlı işlər aparılır. Proses gedir və bu işlər tamamlanandan sonra biz hər dairə üzrə namizədlərimizi irəli sürəcəyik və siyahını da Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik”.

Xalqinfo” xəbər verir ki, bunu YAP-çı deputat Siyavuş Novruzov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, YAP-ın kifayət qədər potensialı və seçkilərdə təcrübəsi var:

“Artıq hər bir dairə üzrə imza toplamaq üçün 10 nəfər müəyyən edilib. Yəni, hər bir şey hazırdır. Sadəcə olaraq namizədləri təqdim edəcəyik və ondan sonra digər proseslərə başlayacağıq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler