» » Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatdı

Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatdı

Bölmə: Siyasət
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatdı
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmandı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən verilən məlumata görə, görüşün əvvəlində səfir Səid Xan Mohmand ölkəmizdəki diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüş zamanı tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar. Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki beynəlxalq səylər kontekstində Pakistanın ənənəvi olaraq Azərbaycana göstərdiyi möhkəm dəstəyin iki dost ölkə arasında olan həmrəyliyin bariz nümunəsi kimi qeyd edib.

Elmar Məmmədyarov səfir Səid Xan Mohmandın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona uğurlar arzu edib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler