» » Əli Əhmədovdan aksiya AÇIQLAMASI:

Əli Əhmədovdan aksiya AÇIQLAMASI: "başıpozuq hərəkətlərini izləyirəm"

Bölmə: Siyasət, BLOK XƏBƏR
Əli Əhmədovdan aksiya AÇIQLAMASI:





“Sosial şəbəkədə müxalifətin mitinq adlandırdığı başıpozuq hərəkətlərini izləyirəm".

Xalqinfo.az xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində bəyan edib.

YAP rəsmisi hesab edib ki, gördükləri həqiqətən üzücü mənzərədir: "Çox az sayda insan şəhərin gur yerində asayişi pozmaqla diqqəti cəlb etməyə çalışır. Sanki onlar insanların rahatlığını pozmaqlarından həzz alırlar.

Əslində isə utanmaq lazımdır. Müşahidə etdiklərim deməyə əsas verir ki, küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər. Sanki başqa ölkənin vətəndaşları, yadplanetliləridir. İstər-istəməz yaddaşlarda 30 il əvvəlki dövrün qaragüruhu düşür. Heç dəyişməyiblər, dəyişmək də istəmirlər.

Ona görə də Azərbaycanın bu günündən çox geridə qalıblar. Yaxşı ki, onlar azdır, özü də lap az.

Polisin davranışı təqdirəlayiqdir. Qanunsuz, icazəsiz aksiyaların qarşısı alınmalıdır. İnsanların rahatlığını kimsə pozmamalıdır və poza bilməz”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler