» » "Gördüyümüz iş haqq işidir" -

"Gördüyümüz iş haqq işidir" - Əli Həsənov

Bölmə: Siyasət, BLOK XƏBƏR
"Gördüyümüz iş haqq işidir" -






"Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni xəbərlər, mesaj və açıqlamalar gözləyirlər. Ən əsası isə türk dünyasının ürəyi Bakıda döyünür. Türkdilli ölkələri təmsil edən dövlət başçıları Bakıdadır və gəlməkdə davam edirlər"

Xalqinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Qlobal medianın inkişaf trendləri: Risklər və İmkanlar” Bakı Beynəlxalq Media Konfransında çıxışı zamanı deyib. O bildirib ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının 10 illik yubileyi Bakıda keçirilir: “Çox sevindirici haldır ki, dövlət başçıları, nazirlərin toplandığı şəhərə media təmsilçiləri də gəliblər. Təkcə Türkiyə və Azərbaycandan yox, haqq və ədalətin yanında olan qlobal jurnalistikanı təmsil edən dəyərli media nümayəndələri də burada iştirak edirlər.

Biz Azərbaycan mediasının həm regional, həm də beynəlxalq əlaqələrinə böyük önəm veririk. Biz media trendlərini özümüzdə qurduğumuz, inkişaf etdirdiyimiz kimi bizə aid olan informasiyaların, həqiqətlərin regionumuz və dünyada yayılmasında, gördüyümüz işlər haqda hər kəsin məlumatlı olmasında maraqlıyıq. Gördüyümüz iş haqq işidir. Biz dövlətimizi heç kimin qarşısında görmürük, əksinə inkişafa, gələcəyə, ədalətə, haqqa gedən istənilən dövlətlə, xalqla, cəmiyyətlə tərəfdaşlıq siyasəti yürüdürük. Ölkəmizdə bunun nümunəsini qurmuşuq. Azərbaycanda xalqlar, ayrı-ayrı din təmsilçiləri və dil daşıyıcıları arasında multikultural cəmiyyət qurmuşuq. Bu, bizim Azərbaycan ideologiyasının təməlində dayanır. Azərbaycan dövlətinin ideologiyası ümumilli lider Heydər Əliyev tərəfindən 1993-cü ildə rəsmi dövlət siyasəti səviyyəsinə qaldırılıb. Çox təəssüflər olsun ki, dünyada haqqın, ədalətin deyil, onun əksinə fəaliyyət göstərən dövlətlər, onların qurduğu rejimlər var və onlar sülhü təhdid edir, terror törədərək xalqların dinc həyatını pozur, onların öz yurd-yuvasından didərgin salır, fəlakətli duruma gətirib çıxarır. Avropada, Orta, Yaxın Şərqdə yaşanan qaçqın fəlakətini biz 20 ildən artıq müddətdə yaşayırıq. Təəssüflər olsun ki, qonşu Ermənistan özünün işğalçılıq siyasətinə əsaslanaraq Azərbaycan torpaqlarının 20 faizindən artığını işğal edib, 1 milyondan artıq əhalini yurd-yuvasından didərgin salıb, bu gün də onlar qaçqın, köçkün vəziyyətində yaşayır.

Biz onlar üçün haqq axtarırıq, onların haqqını beynəlxalq aləmdə bütün səviyyələrdə qaldırırıq, onlarla bağlı müvafiq qərarlar qəbul olunur, amma hələki dünyada müvafiq olan ikili standartlar siyasəti çərçivəsində bu qərarlar həyata keçirilmir. BMT-nin 4 qətnaməsi qeyd-şərtsiz işğal altında olan torpaqların azad olunması, bu torpaqlardan didərgin salınmış qaçqın və məcburi köçkünlərin öz yurd-yuvasına qayıtmasını tələb etsə də, Ermənistan dövləti və işğalçı rejim hələ də öz havadarlarına söykənərək torpaqlardan geri çəkilmək fikrində deyil və konstruktiv mövqe nümayiş etdirmir. 20 ildən artıqdır ki, danışıqlar gedir, 20 ildir ki, dünyanın bütün beynəlxalq təşkilatları, sülhsevər dövlətləri Azərbaycanın haqq səsinə tərəfdar olduqlarını bəyan edirlər. Dağlıq Qarabağda işğala son verilməsini tələb edirlər, Qarabağ və ətraf rayonlardan didərgin salınmış 1 milyondan çox dinc insanın öz yurd-yuvasına qayıtmasını tələb edirlər. Lakin təəssüflər olsun ki, müasir dünyanın ədalətsizlikləri fonunda bu işğalçı siyasət davam edir. Baxın, o böyüklükdə Türkiyənin başına bu gün hansı oyunları açmaq amalı ilə fəaliyyət göstərirlər. 100 il bundan qabaq olmayan bir şeyi “soyqırım törətdiniz” deyə Türkiyəni ittiham edirlər. Lakin türklərə qarşı erməni quldur dəstələri, "Daşnaksütyun" partiyasının dəstəyi ilə yaradılmış ayrı-ayrı hərbi birləşmələr tarix boyu dinc və müharibə şəraitində türklərə və azərbaycanlılara qarşı dəfələrlə soyqırım hadisəsi törədiblər.

1915-ci il ərəfəsində Türkiyədə parçalanmaq ərəfəsində birinci separatist hərəkatı başladan Türkiyədə yaşayan ermənilərdən təşkil olunmuş satqın dəstələrin həyata keçirdiyi tədbirlər olub, türk diplomatlarına qarşı terror həyata keçiriblər. dünyada onlarla sülh və barışı həyata keçirən diplomatı qətlə yetiriblər. Təkcə XX əsrdə 3 dəfə azərbaycanlılara qarşı qanlı soyqırım törədilib.
Soyqırım nəticəsində 100 minə yaxın azərbaycanlı qətlə yetirilib. Dağlıq Qarabağ müharibəsi fonunda 30 mindən çox əhali itirmişik, ərazi bütövlüyü uğrunda şəhid vermişik, bunların da hamısının səbəbkarları ermənilərdir”.

Əli Həsənov həmçinin Azərbaycanın inkişafı məsələsinə toxunub. O qeyd edib ki, Bakıda olan jurnalistlər dünəndən bu inkişafın canlı şahididirlər: “Siz yəqin ki, Azərbaycanın hansı səviyyədən hansı səviyyəyə gəldiyini gördünüz. Azərbaycan bu gün bölgə və dünyanın ən inkişaf edən və etməkdə davam edən dövlətidir"

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler