» » “Bu müxalifətə görə utanırıq” - Əli Həsənov+Video

“Bu müxalifətə görə utanırıq” - Əli Həsənov+Video

Bölmə: Siyasət, MANŞET
“Bu müxalifətə görə utanırıq” - Əli Həsənov+Video






“Biz cənab Prezidentin yürütdüyü aydın, qətiyyətli, prinsipial siyasətlə nə qədər qürur duyuruqsa, bir o qədər də Azərbaycan müxalifətinin qeyri-vətənpərvərliyinə görə hər zaman xəcalət çəkirik”.

“Xalqinfo” xəbər verir ki, bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AzTV-də yayımlanan “Həftə” verilişində deyib:


“Prezident İlham Əliyev ona görə qətiyyətli, prinsipial siyasət yürüdür ki, bir tərəfdən xalqın dəstəyinə malikdir, ikinci tərəfdən bu dövlət özünü tam təmin edən, idarə edə bilən dövlətə çevrilib. 1994-cü il hadisələri zamanı Azərbaycan müxalifəti meydana çıxıb dövlətini, dövlətçiliyini müdafiə edən xalqın yanında yox, qarşısında oldular. 1994-cü ilin oktyabrında da, 1995-ci ilin martında da bu silahlı dəstələr Azərbaycan dövlətini Heydər Əliyevin ortaya qoyduğu milli birlikdən çəkindirmək istəyirdi. Azərbaycanı dünyada öz fikrini müstəqil söyləmək imkanından məhrum etmək istəyirdi. “Əsrin kontraktı”nı pozmaq istəyirdilər. Təəssüf ki, bizim nə qədər vətənpərvər, iradəli, əzmli xalqımız var, bir o qədər də utancverici müxalifətimiz var. ATƏT-in bu yaxınlarda Varşavada keçirilən tədbirlərində yalnız Azərbaycan müxalifəti orada öz dövlətinin, xalqının, millətinin əleyhinə çıxış edirdi. Təəssüflər ki, biz bir tərəfdən əzmkar, iradəli, vətənpərvər xalq olmağımızla qürur hissi keçiririk, digər tərəfdən antixalq, qeyri-vətənpərvər müxalifətlə xəcalət hissi keçiririk”.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler