» » Ramiz Mehdiyev SSRİ-nin sabiq prezidentini “satqın” adlandırıb:

Ramiz Mehdiyev SSRİ-nin sabiq prezidentini “satqın” adlandırıb: “Qorbaçov Azərbaycan xalqının maraqlarını alçaqcasına satdı”

Bölmə: Siyasət
Ramiz Mehdiyev SSRİ-nin sabiq prezidentini “satqın” adlandırıb:




“Mixail Qorbaçov Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin əsas təşəbbüskarlarından biridir. Anlaşılmaz səbəblər üzündən, yaxud bilərəkdən tutduğu müşahidəçi rolu onu bu faciənin başlıca faktoruna çevirdi”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Qarabağ münaqişəsi ilə bağlı yazdığı “Ermənistan Vətəndaş Cəmiyyəti kontekstində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlanan iri həcmli məqaləsində qeyd edib.

R. Mehdiyevin sözlərinə görə, məhz SSRİ-nin ilk və sonuncu prezidentinin münaqişə ilə bağlı tutduğu mövqe Sovet İttifaqının suqutunu müəyyən etdi: “Məhz Qorbaçov tərəfindən təkcə Azərbaycan xalqının deyil, sovet vətəndaşlarının idealları və maraqları alçaqcasına satıldı. Bunu necə izah etməli? Onun vəziyyəti anlaya bilməməsi ilə, yoxsa əksinə, kimlərsə tərfindən ölkənin dağıdılması üçün hazırlanmış planın ardıcıl və ciddi icraçısı olması ilə? Bu suala artıq tarix cavab verib. Qorbaçov SSRİ Konstitusiyasını kobud şəkildə pozaraq qəbul etdiyi qərarları ilə Dağlıq Qarabağ münaqişəsini açıq şəkildə dərinləşdirirdi”.

Akademik yazır ki, bu, prezident boşboğazlığının yumşalada bilməyəcəyi böyük miqyaslı faciə idi: “Hay-küyçü “yenidənqurma” şüarı altında bir respublikanın tarixi və siyasi sərhədlərinə digərinin maraqları naminə ağılsızcasına yenidən baxmaq kultu, Ermənistan rəhbəri Dəmirçiyanın rəhbərliyi altında separatçıların azadlıq və müstəqillik haqqında yalançı və ikiüzlü bəyannamələri siyasi süverenliyin və tarixi ədalətin əsas prinsiplərinin üstünə kölgə saldı”.

Ramiz Medhiyevin sözlərinə görə, baş verənlər şəraitlə üst-üstə düşərək Dağlıq Qarabağ adlı bir dalanı formalaşdırdı. Akademik yazır ki, o vaxtkı SSRİ rəhbərliyinin və şəxsən Mixail Qorbaçovun günahı üzündən münaqişənin başlanğıcında ədalətli həllə imkan verəcək siyasi xətti seçmək imkanı əldən buraxıldı: “Problemin həllinin açarını tapmaq üçün ermənilərin Cənubi Qafqaza, xüsusi ilə Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağa köçürülməsinin tarixini bilmək lazım idi. Bunlarla yanaşı siysai və dövlətçi müdrilkiyi olmalı idi. Qorbaçovda bunların heç biri yox idi. Məhdud düşüncəyə, və erməni köməkçilərinin hipnozu altında olan Qorbaçov Azərbaycan xalqını öz şəxsi əlaqələrinin xeyrinə satdı”.

R.Mehdiyev vurğulayır ki, əgər həmin vaxt Heydər Əliyev ölkə rəhbərliyində olsa idi, Dağlıq Qarabağ müharibəsi də baş verməzdi: “Siyasi Büroda Heydər Əliyev olsaydı Qarabağ problemi də olmayacaqdı. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri əvvələr də olmuşdu. Amma Heydər Əliyev erməni rəhbərliyinin bu cəhdlərinin qarşısını qətiyyətlə almışdı” –deyə R.Mehdiyev qeyd edib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler