» » Mirsamir Məmmədov: “Dövlətimizin Başçısı Ölkəmizin Inkişafının Və Xalqımızın Təhlükəsizliyinin Təmin Olunmasında Çox Praqmatik Siyasət Həyata Keçirir

Mirsamir Məmmədov: “Dövlətimizin Başçısı Ölkəmizin Inkişafının Və Xalqımızın Təhlükəsizliyinin Təmin Olunmasında Çox Praqmatik Siyasət Həyata Keçirir

Bölmə: Siyasət
 Mirsamir Məmmədov: “Dövlətimizin Başçısı Ölkəmizin Inkişafının Və Xalqımızın Təhlükəsizliyinin Təmin Olunmasında Çox Praqmatik Siyasət Həyata Keçirir






Ölkəmizin və xalqımızın təhlükəsizliyinin qorunması məsələsi Dövlətimizin qarşısında dayanan ən prioritet mövzudur. Çünki hazırda dünya dövlətlərinin çox əhəmiyyətli hissəsi təhlükəsizlik mövzusunda ağır problemlərlə üz-üzədir və bu səbəbdən dünyanın bir çox yerini terror‚ ekstremizm‚ təxribat və iğtişaşlar öz cənginə alıb. Bu kimi müsibətlərin qarşısında çox aciz qalan dövlətlər var və qarşısını almağa da acizdirlər. Beləliklə‚ bütün faciə və məşəqqətlərin acısını və ağır nəticəsini isə hər zaman sadə xalq kütləsi yaşayır. Lakin bizim ölkəmizdə xalqımızın təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir. Ölkəmizin təhlükəsizliyinin təmin edilməsi mövzusunda çox güclü siyasi ideologiya mövcuddur və bu ideologiya Ulu Öndər Heydər Əliyevin siyasi ideyalarının tətbiqidir. Ümummilli Lider Heydər Əliyevin Dövlətçiliyin qorunmasını və hərbi vətənapərvəliyin aşılanmasını hədəfləyən zəngin siyasi ideyaları ölkəmizin sürətli inkişafını şərtləndirən və xalqımızın təhlükəsizliyini təmin edən ən mühüm və əsas ideologiyadır və bu gün Dövlətimiz‚ möhtərəm cənab Prezidentin rəhbərliyi altında bu ideologiyaya xidmət edərək xalqımızın təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməkdədir. Ulu Öndərin zəngin Dövlətçilik və inkişaf stratrgiyalarının tətbiqi bu gün ölkəmizi hər bir sahədə inkişaf etdirərək dünya birliyində söz sahibi olan bir ölkə statusuna yüksəltmişdir və təsadüfi deyil ki‚ bu gün dünya birliyində Azərbaycanın mövqeyi ilə hesablaşılır‚ ölkəmizin maraqlarına yüksək hörmətlə yanaşılır. Bütün bu faktorların ardında‚ Ulu Öndər Heydər Əliyevin vaxtilə əsasını qoyduğu Dövlətçilik dəyərlərinin bu gün möhtərəm cənab İlham Əliyev tərəfindən layiqincə tətbiqi amili dayanır. Bu səbəbdən ölkəmiz dünyanın ən təhlükəsiz və ən sabit ölkəsidir. Burada yaşayan etnik və azsaylı xalqlar da dövlətimizdən və ölkəmizdəki qardaşlıq mühitindən çox razıdır. Həmçinin Azərbaycana gələn turistlər və xarici vətəndaşlar da ölkəmizin sabitliyindən‚ təhlükəsiz həyat mühitindən və buradakı qonaqpəvərlikdən çox razıdırlar. Ölkəmizdəki sürətli inkişaf və təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması və Azərbaycanın regionun ən sabit və ən qüdrətli ölkəsi olması bütün dünyanın diqqətini məhz ölkəmizə cəlb edir və bu səbəbdən ölkəmizdə xarici turistlərin və xarici şirkətlərin sayı günbəgün artır və bu da Azərbaycanı turizm ölkəsinə çevirməkdədir. Turizmin inkişafına təkan verən və xarici kapitalın ölkəyə axınını şərtləndirən və sürətləndirən ən mühüm amil‚ ölkənin təhlükəsizliyinin və sabitliyinin yüksək səviyyədə qorunması və təmin edilməsidir ki‚ bir ölkənin inkişafı və xalqın maddi rifahının yüksək olması məhz bundan asılıdır. Hazırda Ulu Öndər Heydər Əliyevin zəngin Dövlətçilik ideologiyasının tətbiqi və möhtərəm cənab İlham Əliyevin parlaq zəkasının və apardığı praqmatik siyasətinin nəticəsində ölkəmiz dünyanın ən təhlükəsiz və ən sabit ölkəsi olmaqla yanaşı‚ dünyanın ən sürətli inkişaf edən ölkəsinə çevrilib. Müstəqillik illərində ölkəmizə qoyulan sərmayənin 93 faizi son 15 ildə qoyulub ki‚ bu da 231 milyard dollardan artıqdır. Son 15 ildə ölkəmizə qoyulan bu nəhəng və ciddi sərmayə məhz möhtərəm cənab İlham Əliyevin uzaqgörən və parlaq siyasətinin məhsuludur. Cənab Prezidentin dərin zəkası və güclü diplamatik bacarığı sayəsində bu qədər nəhəng bir sərmayə ölkəmizə axın edib ki‚ bunun da kökündə məhz ölkəmizdəki sabitlik və yüksək təhlükəsizlik mühitinin olması dayanır. Bu da ölkəmizi durmadan irəli aparır və dünyanın aparıcı ölkələri sırasına yüksəltmişdir.

M. Məmmədov
Politoloq


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler