» » "Məmurun istefaya getməsi ona münasibətin dəyişməsi üçün əsas deyil" -

"Məmurun istefaya getməsi ona münasibətin dəyişməsi üçün əsas deyil" - deputat

Bölmə: Siyasət, BLOK XƏBƏR
"Məmurun istefaya getməsi ona münasibətin dəyişməsi üçün əsas deyil" -





“Vaxtilə vəzifədə təmsil olunmuş, dövlətimizə, xalqımıza sədaqətlə xidmət etmiş şəxslərə bu gün də eyni münasibət bəsləyirik. Çünki onlar istər məmur kimi çalışdıqları dövrdə, istərsə də istefaya göndərildikdən sonra təmsil olunduqları siyasi komandaya münasibətdə sədaqətli, ardıcıl olublar. Onlar bu gün də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanması üçün öz imkanları daxilində əllərindən gələni əsirgəmirlər. Həmin şəxslər hazırda Yeni Azərbaycan Partiyasının tədbirlərində iştirak edir, partiyamızın işinə dəstək verir, partiyamızın seçki orqanlarında təmsil olunurlar".

Bunu Publika.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasında mühüm vəzifələrdə təmsil olunan və partiyanın fəaliyyətində xüsusi xidmətləri olan Siyavuş Novruzovun və Eldar İbrahimovun fikirləri ictimai rəydə tam olaraq anlaşılmayıb və eyni zamanda, partiyanın mövqeyi kimi ictimailəşdirilməyə cəhd göstərilib.

"YAP-ın Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov və Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov bu məsələlərlə bağlı açıqlama verərək həm partiyamızın, həm də mövcud iqtidarın buna münasibətini real şəkildə ifadə etdilər. Bu münasibət də ondan ibarətdir ki, YAP dövlətçilik naminə əməkdaşlıq etdiyi hər kəsə və hər bir siyasi partiyaya hörmətlə yanaşır, onlara vətənini və dövlətini ürəkdən sevən insanlar kimi baxır. Eyni zamanda, hər hansı məmurun istefaya getməsi partiyanın ona münasibətinin dəyişməsi üçün əsas deyil və ola bilməz", - deyə Aydın Hüseynov bildirib.

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, təmsil etdiyi partiya ötən 27 ildə Azərbaycan siyasi sisteminə mütərəqqi dəyərlər bəxş etmiş, ölkəmizdə siyasi plüralizmin, demokratiyanın inkişafına sanballı töfhələr vermiş partiyadır. Millət vəkilinin fikrincə, YAP hər zaman milli mənafeyimizin qorunması, dövlətçiliyin inkişafı baxımından bütün siyasi təşkilatlarla əməkdaşlığa hazır olduğunu bəyan edib və bu gün də bu mövqeyinə sadiqdir. Yeni Azərbaycan Partiyasının qapıları Azərbaycan dövlətçiliyinə xidmət etmək istəyən hər bir şəxsə və təşkilata açıqdır: "Bu, eyni zamanda, milli birlik və həmrəyliyin qorunması, ümumilli məsələlərdə vahid mövqeyin nümayiş etdirilməsi, ölkəmizin demokratik inkişafı baxımından da olduqca əhəmiyyətlidir".


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler