Prezidentdən konfrans iştirakçılarına MÜRACİƏTBölmə: Siyasət, BLOK XƏBƏR
![]() Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclasının iştirakçılarına müraciət ünvanlayıb. Xalqinfo.az-ın xəbərinə görə, müraciətdə deyilir: "Sizi Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclasında ürəkdən salamlayıram. Azərbaycan Respublikası beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. Müasir dünyada sülhə və sabitliyə yeni, daha təhlükəli təhdidlər yaranmaqdadır. Bu təhdidlərin vaxtında aşkarlanaraq qarşısının alınması bütün dövlətlərin milli maraqları və davamlı inkişafı baxımından son dərəcə vacibdir. Regional, hətta qlobal xarakterli təhlükələrin dəf edilməsi üçün dünya dövlətlərinin fəaliyyətinin əlaqələndirilməsi zəruridir. Qardaş türkdilli dövlətlərlə əlaqələrin möhkəmlənməsi Azərbaycan üçün xüsusi önəm daşıyır. Müxtəlif formatlarda həyata keçirilən əməkdaşlığımız qarşıda duran bir çox məsələlərin həlli, o cümlədən regional təhlükəsizliyin təmin edilməsi, ekstremizm, terrorçuluq və separatçılıq, qeyri-qanuni miqrasiya, narkotik maddələrin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkar qrupların fəaliyyətinin qarşısının alınması istiqamətində səylərimizin birləşməsinə yönəlmişdir. Dövlətlərimizin üzləşdiyi risk və təhdidlərlə mübarizədə xüsusi xidmət orqanları müstəsna rol oynayır. Bu mənada, Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının Konfransı ölkələrimizin təhlükəsizliyinin təmin edilməsi sahəsindəki fəaliyyətimizi əlaqələndirməyə və XXI əsrin çağırışlarına birlikdə cavab tapmağa imkan verən səmərəli vasitələrdən biridir. Əminəm ki, bu iclas tərəfdaş qurumlar arasında təcrübə mübadiləsi və analitik-informasiya dəstəyi üçün əlverişli şərait yaradacaq və bununla da beynəlxalq təhlükəsizliyin təmin edilməsinə töhfə verəcəkdir. Bir daha sizi Azərbaycanda salamlayır, işinizdə uğurlar arzulayıram". |
XƏBƏR LENTİ
13.12.19 13:57 | Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
13.12.19 13:32 | Nazir Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
13.12.19 13:24 | Şənbə günü hava çiskinli olacaq
13.12.19 13:12 | Zahir Əzəmət bu dairədən namizədliyini verdi
13.12.19 12:14 | Nikola Yurçeviç istefaya göndərildi
13.12.19 11:52 | ABŞ Senatı qondarma erməni soyqırımı qətnaməsini qəbul etdi
13.12.19 11:35 | Xuraman Qasımovadan Akif Məlikova sərt ittiham
13.12.19 11:18 | Bakıda yeni Su Elektrik Stansiyası istismara verildi - Video
13.12.19 10:44 | “Qarabağ” 9,5 milyon qazandı
13.12.19 10:15 | “REAL”la Azər Qasımlı bu dəfə eyni dairədə toqquşdu
13.12.19 09:32 | Azər üçüncü xanımı ilə fotolarını yaydı
13.12.19 09:16 | Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə - Reaksiyalar
13.12.19 08:30 | Zelenski Rusiya televiziyasına ilk müsahibəsini verdi
13.12.19 08:07 | Kirayə mənzildə həmcins valideynləri ilə böyüyən Baş Nazir - Fotolar
12.12.19 18:36 | Zərif məxluqlar əsas postlarda
12.12.19 18:11 | Dollar və manatın sabahkı məzənnəsi
12.12.19 18:07 | Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb
12.12.19 17:42 | Heydər Əliyev Şirvanda da anıldı
12.12.19 17:29 | Millimizin sabiq futbolçusu həbs edildi
12.12.19 17:18 | Səhhəti pisləşən xalq artistindən xəbər var
12.12.19 17:02 | Bakı-Məşhəd istiqamətində birbaşa uçuşlar başlanır
12.12.19 17:00 | Əli Əhmədov Zelenski ilə görüşüb
12.12.19 16:59 | Bakı metrosunun iş vaxtı uzadıldı
|