» » Azərbaycan bu ilin 6 ayında da dinamik inkişafını qoruyub saxlayıb-

Azərbaycan bu ilin 6 ayında da dinamik inkişafını qoruyub saxlayıb- Aydın Hüseynov

Bölmə: Siyasət, BLOK XƏBƏR
Azərbaycan bu ilin 6 ayında da dinamik inkişafını qoruyub saxlayıb-





Azərbaycan bu ilin 6 ayı ərzində də dinamik inkişafını qoruyub saxlayıb, əsasən də sosial sahədə ciddi nailiyyətlər əldə edib. Belə ki, bu ilin altı ayında ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz artıb. Kənd təsərrüfatının isə 13 faiz artması rekord göstərici hesab olunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
O qeyd edib ki, ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz artıb. Bununla yanaşı, büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artıb, altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Eləcə də inflyasiya cəmi 2,5 faiz olub, əhalinin gəlirləri isə 6,6 faiz artıb. Bunlarla yanaşı, 49 milyard dollar səviyyəsində olan valyuta ehtiyatlarımız rekord həddə çatıb.
Deputat qeyd edib ki, 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək. Çünki Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldib.
A.Hüseynovun sözlərinə görə, 3 milyon insanı əhatə etməklə ilk sosial paketin illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. İkinci paket isə sentyabr ayından icra olunacaq və bu da 1 milyondan çox insanı əhatə edəcək. Ümumilikdə isə iki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manatdır. Əlbəttə ki, davam etdiriləcək sosial tədbirlərə növbəti ildə 3 milyard manat xərclənəcək ki, bu da 4,2 milyon insanımızı əhatə edəcək.
Deputat əlavə edib ki, bu ilin 6 ayı ərzində 400 kilometrə yaxın avtomobil yolu çəkilib, kommunal təsərrüfat yenilənib, 400-dən çox lift alınıb, abadlaşdırılan 50-dən çox nümunəvi həyət artıq vətəndaşların istifadəsinə verilib.
Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları da təqdir edirlər. Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycanın 10 ən islahatçı ölkə kimi tanınması və ölkəmizin 32 pillə irəliləyərək hazırda 25-ci yerdə qərarlaşması dediklərimizin əyani sübutudur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler