» » “Əli İnsanovun problemi varsa, YAP-ın Mərkəzi Nəzarət Təftiş Komissiyasına müraciət edə bilər”

“Əli İnsanovun problemi varsa, YAP-ın Mərkəzi Nəzarət Təftiş Komissiyasına müraciət edə bilər”

Bölmə: Siyasət
“Əli İnsanovun problemi varsa, YAP-ın Mərkəzi Nəzarət Təftiş Komissiyasına müraciət edə bilər”





“Əli İnsanov YAP sıralarından xaric olunub”.

Bu sözləri deputat, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov musavat.com-un canlı yayım verilişi zamanı səsləndirib.

Onun sözlərinə görə, əgər Ə.İnsanovun hər hansı problemi varsa, partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasına müraciət edə bilər: “Hər hansı verilən bəyanat, emosional şəkildə səsləndirilən fikirlər ciddi şəkildə düşünülməlidir. Əli İnsanov da bunu ciddi şəkildə düşünməlidir. Tarixi saxtalaşdırmaq olmaz. İstənilən mətbuat orqanında da, youtube-da da onun müxalifət nümayəndəsinə, beynəlxalq təşkilatlara, xarici dövlətlərə qarşı dediyi fikirlər öz əksini tapıb. O cümlədən, jurnalistlərin bilavasitə təhqir olunması da buna aiddir. İnsan öz əməlini heç vaxt dana bilməz. Çoxları deyir ki, belə bir şey olmayıb. Ayrı-ayrı xarici radiolardan çıxış edirlər, tamamilə ağ yalan danışırlar. Konkret hər bir məsələ ilə bağlı kifayət qədər fakt var”.

S.Novruzov eyni zamanda bildirib ki, YAP İlham Əliyevin sədrliyi altında inkişaf edir. Kimsə Azərbaycan dövlətçiliyinə, Azərbaycan prezidentinin siyasətinə qarşı qərəzli addım atacaqsa, qarşısında YAP-ı görəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler