» » Arif Hacılıdan Rauf Arifoğlu-AXCP davasına -

Arif Hacılıdan Rauf Arifoğlu-AXCP davasına - REAKSİYA

Bölmə: Siyasət, BLOK XƏBƏR
Arif Hacılıdan Rauf Arifoğlu-AXCP davasına - Son günlər “Yeni Müsavat” qəzeti ilə AXCP üzvləri arasında baş verən gərginliyə Müsavat partiyasının başqanı Arif Hacılı münasibət bildirib.

aznews.az-a açıqlamasında Arif Hacılı “Yeni Müsavat” qəzetinin Müsavat partiyasından heç bir asılılığı olmadığını bildirib: “Qəzetin siyasətini onun baş redaktoru və kollektivi müəyyənləşdirir. Amma qəzetin əməkdaşlarının əksəriyyəti Müsavat partiyasının üzvləridir. Bu qəzetdə partiyanın təəssübkeşləri də çoxdur”.

A.Hacılının fikirincə, mətbuat orqanı hamını və həmişə qane edə bilməz: “Onun belə bir missiyası da yoxdur. “Yeni Müsavat” partiyanın siyasətini yürütmək öhdəliyini götürən bir qəzet deyil. Yaxşı olardı ki, Müsavatın dostları, opponentləri də “Yeni Müsavat” qəzetinə bu cür, öz kollektivinin iradəsini həyata keçirən bir qəzet kimi yanaşsın. Ümumiyyətlə, Müsavat Azərbaycanın aparıcı siyasi təşkilatı olduğu üçün siyasi sahədə baş verən hər hansı ciddi gəlişmələrin bu partiyaya aidiyyatı olmaya bilməz”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler