» » İcra başçısı məişət tullantılarına görə rəisi işdən çıxardı

İcra başçısı məişət tullantılarına görə rəisi işdən çıxardı

Bölmə: Siyasət
İcra başçısı məişət tullantılarına görə rəisi işdən çıxardı

Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun sədrliyi ilə rayonda məişət tullantılarının yığılması və daşınmasının təkmilləşdirilməsi üzrə müşavirə keçirilib.

Xalqinfo.az xəbər verir ki, müşavirədə rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, qəsəbə inzibati dairələr üzrə başçının nümayəndələri, qəsəbə bələdiyyə sədrləri, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi aparatının, Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Sanitar Kommunal İstismar İdarəsinin, Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Mənzil İstismar Sahələrinin rəhbərləri iştirak ediblər.

Müşavirədə rayon ərazisində məişət tullantılarının yığılması və daşınmasının vəziyyəti müzakirə edilib. İşində buraxdığı ciddi nöqsanlarla bağlı Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Rasim Əhmədovun tutduğu vəzifədən azad olunub.

Süleyman Mikayılov “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya” qəbul edildiyini bildirərək, rayonun texniki potensialından səmərəli istifadə olunaraq, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində həyata keçiriləcək məqsədyönlü tədbirlər nəticəsində insanların sağlamlığının təmin edilməsi üçün rayonda kommunal xidmətlərin yaxşılaşdırılmasına, xüsusən bərk məişət tullantılarının idarə edilməsi sistemində olan ciddi nöqsanların aradan qaldırılması, tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi işinin yenidən qurulmasına dair öz tapşırıqlarını verib.

Süleyman Mikayılov rayon əhalisi arasında bərk məişət tullantılarının idarə edilməsi sahəsinə maarifləndirmə işinin gücləndirilməsi işlərinin aparılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler