» » Prezident İlham Əliyev Paşinyanla bu həftə görüşəcək

Prezident İlham Əliyev Paşinyanla bu həftə görüşəcək

Bölmə: Siyasət, BLOK XƏBƏR
Prezident İlham Əliyev Paşinyanla bu həftə görüşəcək



Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan martın 29-da Avstriyanın paytaxtı Vyanada görüşə bilər.

Xalqinfo.az REAL-a istinadən xəbər verir ki, görüş zamanı tərəflər Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcəklər.

Görüş martın 29-da Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə baş tutacaq.

Martın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iki ölkə rəsmilərinin Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı görüşü barədə razılığa gəldiklərini bildirimişdi. O, iki ölkə xarici işlər nazirlərinin də görüşünün nəzərdə tutulduğunu bildirmişdi.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler