» » "Bu, qonşularımızın da maraqlarına xidmət edir" -

"Bu, qonşularımızın da maraqlarına xidmət edir" - PA rəsmisi

Bölmə: Siyasət
"Bu, qonşularımızın da maraqlarına xidmət edir" -







Azərbaycan çox uğurlu regional əməkdaşlıq modeli qurub.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, bu model səmərəli əməkdaşlığa əsaslanır: “Bu, Azərbaycanın maraqlarına xidmət etməklə bərabər, bizim tərəfdaşlarımızın, qonşularımızın maraqlarına da xidmət edir. Burada biz nəqliyyat dəhlizlərini, enerji layihələrini qeyd edə bilərik".

Administrasiya rəsmisi əlavə edib ki, bütün bu proseslərdən kənarda qalan isə Ermənistandır: "Ermənistanın indiki hakimiyyəti iqtisadi islahatlar həyata keçirmək istəyirsə, öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalı və qonşu dövlətlərlə sivil şəkildə davranaraq mehriban qonşuluq siyasəti həyata keçirməlidir”.

H.Hacıyev vurğulayıb ki, status-kvo dəyişdirilməlidir: “Azərbaycanın münaqişənin həlli ilə bağlı nümayiş etdirdiyi konstruktiv mövqe də xüsusi olaraq təqdir edilir”.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatına toxunan PA rəsmisi qeyd edib ki, danışıqlar formatı dəyişdirilə bilməz: "Bu danışıqlar məhz Ermənistanla Azərbaycan arasında aparılır. Azərbaycanın münaqişənin həlli ilə əlaqədar mövqeyi, Qlobal Bakı Forumun açılışında dövlət başçısı tərəfindən bir daha bəyan edildi"./Trend/


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler