» » Lütfi Zadəni "fındıqbaş" adlandıran mətbuat katibi İŞDƏN ÇIXARILDI

Lütfi Zadəni "fındıqbaş" adlandıran mətbuat katibi İŞDƏN ÇIXARILDI

Bölmə: Siyasət, BLOK XƏBƏR
Lütfi Zadəni "fındıqbaş" adlandıran mətbuat katibi İŞDƏN ÇIXARILDI






Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.

Xalqinfo.AZ xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında Akif Əliyə yaxın mənbə bildirib.

Qeyd edilib ki, bu il martın 19-da Akif Əli təqaüd yaşına çatır. Onun vəzifədən azad edilməsi bununla əlaqədardır.

Xatırladaq ki, Akif Əli 1994-cü il oktyabrın 10-dan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyirdi. O. 2-ci dərəcə Dövlət müşaviridir.

Qeyd edək ki, ABŞ-da vəfat edən dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin vəfatıyla əlaqədar olaraq jurnalistin zənginə cavab verən Akif Əli mərhum alimi "fındıqbaş" adlandırmışdı. Nazirlər Kabinetinin sözçüsünün qeyri-etik ifadəsi ölkə mətbuatında kütləvi tirajlanandan sonra xidmət rəhbəri ifadəsinə görə, özünün feysbuk səhifəsində ölkə ictimaiyyətindən üzr istəmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler