» » ABŞ-ın yeni səfiri:

ABŞ-ın yeni səfiri: Mənim üçün böyük şərəfdir...

Bölmə: Siyasət
ABŞ-ın yeni səfiri:



ABŞ-ın Azərbaycandakı səfiri olmaq mənim üçün böyük şərəfdir.


Report xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı yeni səfiri Örl Litsenberger deyib.

"Diplomat kimi xidmət göstərdiyim 34 il ərzində Əfqanıstanda, Əlcəzairdə, Belçikada, Bolqarıstanda, Fransada, Gürcüstanda, Qazaxıstanda, Qırğızıstanda və Serbiyada çalışmışam. İndi isə Azərbaycana gəlməyimdən çox məmnunam", - Ö.Litsenberger bildirib.

"ABŞ və Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur. Ölkələrimiz 25 ildən çoxdur təhlükəsizlik, energetika, iqtisadi artım və demokratik inkişaf kimi mühüm sahələrdə əməkdaşlıq edir. ABŞ-ın Azərbaycandakı səfiri kimi ikitərəfli əməkdaşlığımızın bütün aspektlərini gücləndirməyə davam etmək naminə çalışacağam", - səfir söyləyib.

O, tezliklə Azərbaycana gələcəyini bildirib.

Xatırladaq ki, ABŞ Senatı Ö.Litsenbergerin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini təsdiq edib.

Onun sələfi Robert Sekuta ötən ilin mart ayında ölkəmizdəki diplomatik missiyasını bitirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler