"Ermənistana ciddi təzyiqlər göstərilməlidir" - PrezidentBölmə: Siyasət, BLOK XƏBƏR
![]() "Ermənistan tərəfindən substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyət yoxdur və Ermənistan danışıqlar prosesini pozmağa çalışır". Xalqinfo.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Prezident İlham Əliyev bu münaqişənin uzun illərdir ki, davam etdiyini və Azərbaycan ərazilərinin bütün beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozularaq Ermənistan tərəfindən işğal altında saxlanıldığını diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə, ATƏT və digər təşkilatların bu cür qərar və qətnamələrinə baxmayaraq, 25 ildən artıqdır ki, bu tələblər yerinə yetirilmir. İşğal nəticəsində bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, torpaqlarımızın zəbt edildiyini, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma və demoqrafik vəziyyətin dəyişdirilməsi siyasətinin həyata keçirildiyini deyən dövlət başçısı Azərbaycanın bu münaqişənin tezliklə sülh yolu ilə həllində ən maraqlı tərəf olduğunu bildirib. Danışıqlar prosesində müəyyən dinamikanın müşahidə olunduğunu, xarici işlər nazirləri səviyyəsində dörd dəfə görüşün keçirildiyini və Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında üç dəfə söhbətin aparıldığını qeyd edən Prezident İlham Əliyev Ermənistan tərəfindən substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyətin olmadığını və Ermənistanın danışıqlar prosesini pozmağa çalışdığını bildirib. Prezident İlham Əliyev münaqişənin həllində irəliləyişlərin əldə olunması və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının təmin edilməsi üçün beynəlxalq birlik tərəfindən Ermənistana ciddi təzyiqlərin göstərilməsinin vacibliyini qeyd edib. |
XƏBƏR LENTİ
10.12.19 20:23 | Vasif Talıbov onların maaşını 50 faiz artırdı
10.12.19 19:22 | Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi
10.12.19 18:28 | Abdullah ibn Al Hüseynin Azərbaycana səfəri başa çatdı
10.12.19 16:59 | “Anar Ələkbərov mənə zəng vurdu...”
10.12.19 16:37 | Rusiyanın baş prokuroru bakılıya vəzifə verdi
10.12.19 16:04 | “Disney” yeni filmi barədə xəbərdarlıq etdi
10.12.19 16:00 | Sabah hava necə olacaq?
10.12.19 15:56 | 165 min pul, 4 mənzil və ticarət obyekti ələ keçirdi
10.12.19 15:16 | Bu şəxslərə verilən Prezident təqaüdü də elektronlaşdırıldı
10.12.19 14:40 | Nazirdən qərar - Artıq lisenziya tələb olunacaq
10.12.19 14:33 | Kəmaləddin Heydərov 51 yaşlı generalı vəzifəsindən çıxardı
10.12.19 13:32 | Çingiz Mustafayevin radiosunu Mirşahin almaq istəyir
10.12.19 12:44 | Üç qurum “anlaşdı”
10.12.19 12:39 | Azərbaycanlı rejissorun filmi Rusiyada “ən yaxşı” oldu
10.12.19 12:28 | ““İşğal altında Şuşa” və “İşğal altında Ağdam” adlı ilk milli oyunlarımız yaradılıb”
10.12.19 12:04 | Uşaqları döyən ata və ögey anasına cinayət işi açıldı
10.12.19 11:45 | Yalçın Əfəndiyev vəfat etdi
10.12.19 11:27 | Tramp haqqında qalmaqallı dosyenin müəllifi qızının dostu çıxdı
10.12.19 11:25 | Nazir müavini Bakıda dəhşətli yanğın baş verən ərazidə
|