» » “İlham Əliyev Paşinyanla görüşməyi qəbul edib” -

“İlham Əliyev Paşinyanla görüşməyi qəbul edib” - Minsk qrupu bəyanat yaydı

Bölmə: Siyasət
“İlham Əliyev Paşinyanla görüşməyi qəbul edib” -
“ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın 20-də Yerevanda Ermənistan baş naziri Nikol Paşinyan, fevralın 21-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşüblər”.

Xalqinfo.az xəbər verir ki, bu barədə Minsk qrupunun bəyanatında bildirilir.

Qeyd olunur ki, həmsədrlər həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşüblər.

“Tərəflər bu ilin yanvarında İsveç şəhərində keçirilən Davos Dünya İqtisadi Forumu çərçivəsində son söhbətləri barədə həmsədrləri məlumatlandırıblar. Liderlər və həmsədrlər vəziyyəti yerində müzakirə ediblər. Həmsədrlər təmas xəttindəki nisbi sakitliyi müsbət qiymətləndiriblər.

Əliyevlə Paşinyan Minsk qrupu həmsədrlərinin iştirakı ilə yaxın gələcəkdə görüş təklifini qəbul ediblər”, - deyə bəyanatda vurğulanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler