» » Moldova Prezidenti Azərbaycana gələcək

Moldova Prezidenti Azərbaycana gələcək

Bölmə: Siyasət
Moldova Prezidenti Azərbaycana gələcək
Moldova Prezidenti İqor Dodon Azərbaycana səfərə gələcək.

Bu barədə Unikal.org-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Dövlət başçısı VII Qlobal Bakı forumunda iştirak edəcək. Bu məqsədlə o, mart ayında Bakıya gələcək.

Bildirilib ki, Moldova Prezidenti ötən il keçirilən VI Qlobal Bakı Forumunda da iştirak edib. O, foruma xanımı ilə birlikdə qatılıb.

Qeyd edək ki Moldova Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ən sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Ötən il Mərkəzin Nümayəndə heyətinin Moldovaya səfəri çərçivəsində president İqor Dodonla mərkəzin baş katibinin görüşündə qurumun Moldovada fəaliyyətinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər də müzakirə edilmişdi.

VII Qlobal Bakı Forumunda 70-dən çox ölkə təmsil olunacaq. Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılacaq. Azərbaycan artıq 7-ci ildir ki, foruma evsahibliyi edir. Tədbirdə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi və ictimai xadimlər, tanınmış mediya nümayəndələrinin də iştirakı gözlənilir

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler