» » Nazirlə vətəndaşların görüşü haqda xəbərlərə -

Nazirlə vətəndaşların görüşü haqda xəbərlərə - Rəsmi reaksiya

Bölmə: Siyasət
Nazirlə vətəndaşların görüşü haqda xəbərlərə -
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəzi media səhifələrində nazir Sahil Babayevin fevralın 27-də Sabirabad rayonunda keçirdiyi vətəndaş qəbuluna bir neçə nəfərin buraxılmadığı haqda yayılan məlumata aydınlıq gətirib.

Xalqinfo.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı sosial şəbəkədə qeyd edib ki, fevralın 18-də nazirin vətəndaş qəbulu ilə bağlı yayılmış elanda da qeyd edildiyi kimi, qəbula yazılmaq üçün fevralın 25-dək vaxt müəyyən edilib: “Bu müddət ərzində qəbula yazılmış 41 nəfərin hər biri nazir tərəfindən qəbul edilib və müraciətləri dinlənilib. Bununla yanaşı, qəbula yazılmayan 115 nəfərin ərizəsi qeydiyyata alınıb.

Prosedura uyğun olaraq öncədən qəbula yazılmayan bir neçə nəfərin mediada haqsız çıxışını süni narazılıq yaratmaq kimi qiymətləndiririk.

Ümumilikdə, təkcə nazir tərəfindən 2018-ci ildə 1200-dək vətəndaş (həm Bakı, həmdə bölgələrdə), bu ilin 2 ayı ərzində isə 150-dək vətəndaş qəbul edilərək dinlənilib, müraciətləri nəzərə alınıb”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler