» » Səfir Riçard Hoqland:

Səfir Riçard Hoqland: “Lavrovun Qarabağ üzrə planı Bakıda da, Yerevanda da rədd edilib”

Bölmə: Siyasət
Səfir Riçard Hoqland:



“Uzun zamandan bəri ilk dəfə Ermənsitanın lideri Dağlıq Qarabağdan deyil, buna görə də, o, çox ehtiyatlı olmalı, Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində radikal addımlara getməməlidir”. Xalqinfo.az xəbər verir ki, bunu “Amerikanın səsi” radiosuna müsahibəsində danışıqlar prosesi ətrafında vəziyyəti şərh edərkən ATƏT-in Minsk qrupunun ABŞ tərəfindən keçmiş həmsədri, səfir Riçard Hoqland deyib.

Səfir əminliyini bildirib ki, Ermənistanın baş naziri Nikiol Paşinyan üçün Qarabağ münaqişəsi çox mürəkkəb problemdir.



“Qarabağ münaqişəsinin tənzimlənməsində ən yaxşı strategiya kiçik addımlarla irəliləməkdir”, - diplomat qeyd edib.

O vurğulayb ki, dövlət xidmətini tərk edib və hazırda şəxsi mövqeyini bildirir.

Bu yaxınlarda baş vermiş hadisələr, o cümlədən tərəflər arasında davam edən dialoq və təmas xəttində qarşıdurmaların kəskin şəkildə azalması Hoqlandda nikbinlik yaratsa da, o, ciddi irəliləyişləri gözləməyi məsləhət görməyib.

Keçmiş diplomat qeyd edib ki, Lavrov planını heç bir tərəf bəyənməyib. Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Sergey Lavrovun təklif etdiyi sənəd bəzi düzəlişlərlə Madrid prinsipləri əsasında qurulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler