» » “Arif Hacılı da dəstək olsun, qurultay keçirək” -

“Arif Hacılı da dəstək olsun, qurultay keçirək” - Qubad İbadoğlu

Bölmə: Siyasət, BLOK XƏBƏR
“Arif Hacılı da dəstək olsun, qurultay keçirək” - “Arif Hacılı nədən narahat olur? Onlar da dəstək olsun, birlikdə yeni qurultay keçirək”.

Bunu aznews.az-a açıqlamasında narazılardan ibarət İşçi Qrupunun üzvü Qubad İbadoğlu Müsavat partiyasının başqanı Arif Hacılının “Bir məsələni də tam əminliklə deyirəm: növbədənkənar qurultay keçiriləcəksə, indi onu tələb edənlər 27 sentyabr qurultayında aldıqları səsin heç yarısını da toplaya bilməzlər” fikrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, indidən nə baş verdiyini demək çətindir: “Mən gələcəyə falçı kimi baxmıram. Lap tutaq ki, onlar deyən doğrudur. Birlikdə yeni qurultay keçirək. Həm proqram-nizamnamə sahəsində yarımçıq qalmış işimizi, həm də partiyanın strukturlarının yenidən formalaşdırılmasını həll edək”.

Qeyd edək ki, Müsavat partiyasının başqanı Arif Hacılı “Media forum”a müsahibəsində indi növbədənkənar qurultaya təşəbbüs göstərənlərin Müsavatda bu sayda tərəfdarının olmadığını deyib: “Bu istəkdə olan azsaylı adamlar həmin prosedurların həyata keçirilməsi yolu ilə öz məqsədlərinə nail ola bilməzlər. Onların özləri də bunu bilir. Hesab edirəm ki, növbədənkənar qurultay çağırışları əslində onun keçirilməsi ilə bağlı deyil, məqsəd Müsavat partiyasında 27 sentyabr qurultayından sonrakı müzakirələri uzatmaq və partiyada vəziyyətin tam sabitləşməsinə mane olmaqdır. Bir məsələni də tam əminliklə deyirəm: növbədənkənar qurultay keçiriləcəksə, indi onu tələb edənlər 27 sentyabr qurultayında aldıqları səsin heç yarısını da toplaya bilməzlər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler