» » “Bu insidentdən şou yaratmaq cəhdləri qəbuledilməzdir”-

“Bu insidentdən şou yaratmaq cəhdləri qəbuledilməzdir”- millət vəkili

Bölmə: Siyasət, BLOK XƏBƏR
“Bu insidentdən şou yaratmaq cəhdləri qəbuledilməzdir”-




Müəyyən siyasi dairələrin Moskvada azərbaycanlılarla çeçenlər arasında məişət zəminində baş vermiş insidentdən məqsədli şəkildə şou yaratmaq cəhdləri qəbuledilməzdir.

Xalqinfo.AZ xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, azərbaycanlılarla çeçenlər tarixən dost və mehriban qonşu olublar: "Bizi tarixən mehriban qonşuluq əlaqələri birləşdirir, bizim dini bağlılığımız var, eyni zamanda, mədəniyyətlərimiz oxşardır. Biz əsrlərlə çiyin-çiyinə yaşamış, dostluq əlaqələrinə malik olmuşuq. Bu, indi də belədir".

E.Nəsirov qeyd edib ki, Azərbaycan Rusiya Federasiyasının bir çox subyektləri, o cümlədən Çeçenistan Respublikası ilə əməkdaşlıq əlaqələrinə malikdir, iki ölkə arasında rəsmi səviyyədə münasibətlər çox yüksəkdir:

"Həmçinin Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında çox sıx dostluq münasibətləri var. Dövlətlərimiz, dövlət başçılarımız, xalqlarımız dost olduğu bir halda heç kim bizim aramıza girə bilməz. Kimsə buna cəhd etsə, dərhal cavabını alar. Ona görə də məişət zəminində baş vermiş bu xoşagəlməz hadisəyə başqa don geyindirmək düzgün deyil. Burada heç bir halda iki xalq arasında toqquşmadan söhbət gedə bilməz. Bu, sadəcə olaraq məişət zəminində baş vermiş anlaşılmazlıqdır, kriminal hadisədir".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler