» » "Torpaqlarımızın işğalı AXC-Müsavat cütlüyünün ağır mirasıdır” -

"Torpaqlarımızın işğalı AXC-Müsavat cütlüyünün ağır mirasıdır” - Prezident

Bölmə: Siyasət, BLOK XƏBƏR
"Torpaqlarımızın işğalı AXC-Müsavat cütlüyünün ağır mirasıdır” -





“Tam əminəm ki, əgər müstəqilliyimizin ilk illərində Heydər Əliyev Azərbaycan prezidenti olsaydı heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Tam əminliklə bunu deyirəm. Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər öz məsuliyyətini dərk edə bilməmişlər”.
Xalqinfo.AZ xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Real TV-yə müsahibəsində bildirib. Ölkə başçısı vurğulayıb ki, o vaxtkı rəhbərliyin hakimiyyət uğrunda mübarizəsi Azərbaycan torpaqlarının işğalı ilə nəticələndi:
“Ölkəmizin maraqlarını qoruya bilməmişlər. Və xüsusilə 1992-ci ildə baş vermiş çevriliş nəticəsində hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyünün xəyanətkar siyasəti işğalı şərtləndirən əsas amil olmuşdur. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi. Və çevriliş ərəfəsində Şuşa və Laçın işğal altına düşmüşdür. Və çevrilişdən bir il keçmədən 1993-cü ildə Kəlbəcər işğal altına düşmüşdür və beləliklə Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Heydər Əliyev heç vaxt buna imkan verməzdi. Çünki onun siyasəti, onun qətiyyəti, xalqın ona olan inamı heç vaxt imkan verə bilməzdi ki, bizim torpaqlarımız işğal altına düşsün. Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalı,1 milyondan artıq qaçqın və köçkünün ağır vəziyyəti AXC-Müsavat cütlüyünün ağır mirasıdır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler