Əfqanıstan Prezidenti Azərbaycana gələcəkBölmə: Siyasət
![]() Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana səfəri gözlənilir. Xalqinfo.az xəbər verir ki, dövlət başçısı martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda iştirak edəcək. Xatırladaq ki, 2013-cü ildən etibarən keçirilən forumda dünyada sülh və təhlükəsizlik məsələləri müzakirə olunur. Forum Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda qlobal əhəmiyyətli siyasi və iqtisadi proseslərin müzakirə olunduğu nüfuzlu platforma kimi qəbul edilməkdədir. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən budəfəki forumun əsas müzakirə panelləri “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamli inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı” olacaq. Foruma dünyanın 70-dən çox ölkəsindən 450 qonağın qatılması gözlənilir. Əfqanıstan Prezidenti ilə yanaşı, forumda bir neçə ölkənin hazırkı dövlət və hökumət başçıları iştirak edəcək. Tədbirə dünyanın tanınmış dövlət adamları, siyasətçiləri, nüfuzlu ictimai xadimləri, tanınmış elm adamları da dəvət alıb. |
XƏBƏR LENTİ
21.02.19 01:04 | Estoniya müharibəyə hazırlaşır
21.02.19 00:55 | Azərbaycan qaz hasilatını artıracaq
21.02.19 00:44 | Bu gecə Kiçik çillə bitir
21.02.19 00:42 | "Samsung" dünyada ilk qatlanan smartfon təqdim edir
21.02.19 00:38 | “Bunlar neft və qaz satışı gəlirləri sayəsində mümkün olub”
21.02.19 00:34 | Putin ABŞ-a meydan oxudu
21.02.19 00:23 | Netanyahu Moskvaya getməkdən imtina etdi
21.02.19 00:19 | Deputat Lənkəranski ilə qohumluğundan, Qulinin "vor"luğundan DANIŞDI
21.02.19 00:06 | Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyuldu
19.02.19 22:05 | Hövsanda acınacaqlı mənzərə
19.02.19 21:59 | Bakının mərkəzi küçələrinin kəsişməsində nə baş verir?
19.02.19 21:42 | Daha bir senator ABŞ prezidentliyə namizəd oldu
19.02.19 21:39 | Ramil Usubov Sumqayıt yol polisinə yeni rəis təyin etdi
19.02.19 21:35 | Azərbaycan və çeçen ağsaqqalları görüşdü
|