» » Albaniya Prezidenti Azərbaycana gələcək

Albaniya Prezidenti Azərbaycana gələcək

Bölmə: Siyasət
Albaniya Prezidenti Azərbaycana gələcək






Albaniya Prezidenti İlir Meta mart ayında Bakıya gələcək.

Unikal.org xəbər verir ki, o, martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda iştirak edəcək.

Qeyd edək ki, Albaniya Prezidenti İlir Meta Bakıda keçirilən əvvəlki forumlarda da iştirak edib. Artıq 5 ildən çoxdur ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniya hökuməti ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Albaniyanın üç sabiq prezidenti - Bujar Nishani, Rexhep Meidani, Sali Berisha Mərkəzin üzvləridir.

Xatırladaq ki, forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler