» » XİN-dən Lavrova CAVAB

XİN-dən Lavrova CAVAB

Bölmə: Siyasət
XİN-dən Lavrova CAVAB





"Biz Rusiya xarici işlər nazirinin öz vətəndaşının həbsi ilə bağlı məsələlərlə maraqlandığını anlayışla qarşılayırıq"
Xalqinfo.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycanda həbs olunmuş erməni əsilli Rusiya vətəndaşı ilə bağlı ona ünvanlanan suala verdiyi cavaba münasibət bildirən Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.


XİN rəsmisi vurğulayıb: “Eyni zamanda, Rusiya rəsmisinin öz vətəndaşı olan və Azərbaycanın işğal olunmuş ərazilərində girov götürülərək, qondarma məhkəmə qərarı ilə ömürlük həbs cəzasına layiq görülən Dilqəm Əsgərovun məsələsinə xüsusi maraq göstərəcəyini və onun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik".

Qeyd edək ki, S.Lavrov Azərbaycanda həbs olunmuş erməni əsilli Rusiya vətəndaşı ilə bağlı suala cavabında “ümid edirəm ki, dialoq və hüquqi normalara əsaslanan qərarlar vasitəsilə hər kəsi qane edən nəticələrə gəlib çıxacağıq və bu vətəndaşı qaytara biləcəyik”- deyə bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler