» » İslahatların yeni mərhələsi başladı:

İslahatların yeni mərhələsi başladı: Bu qurumlar birləşə bilər

Bölmə: Siyasət
İslahatların yeni mərhələsi başladı:




Son fərmanlar struktur islahatlarında yeni mərhələnin başlanmasından xəbər verir.

Bunu Axar.az-a Prezident İlham Əliyevin göstərişinə əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında dörd qurumun ləğvini dəyərləndirən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert ölkə rəhbəri tərəfindən yanvarın 11-dən anons edilən struktur islahatlarının birmənalı şəkildə davamlı olacağını bildirib:

“Aqrar sektorda qurumların birləşdirilməsi təqdirəlayiqdir. Bu nəticə etibarilə həm büdcə vəsaitinə qənaət edilməsi, həm də idarəetmədə çevikliyin artırılması baxımdan önəmlidir. Əvvəlki illərdə daha çox yeni qurumların, xüsusən də publik şəxslərin yaradılmasını müşahidə edirdik. Ancaq son fərmanlar struktur islahatlarında yeni mərhələnin başlanmasından xəbər verir. Bu mərhələdə nəinki aqrar, digər sahələrdə də dövlət qurumlarının sayının azaldılması gözləniləndir”.

İqtisadçı bildirib ki, 2001-ci ildə struktur islahatlarının aparılması ilə bağlı hökumətə təqdim etdiyikləri təkliflər paketinin bir qismi artıq təsdiq olunub:

“Bunun davamı olaraq ilk növbədə Azərsu ASC ilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin vahid qurum halında birləşdirilməsi mühüm addım olardı. İkincisi, kommunal xidmətlərin özəlləşdirilməsi və idarəetməyə verilməsinin tərəfdarıyıq. Çünki hər iki istiqamətdə fəaliyyətin gücləndirilməsinə ehtiyac var. Aparılan monitorinq tədqiqatları da göstərir ki, kommunal xidmətlərin göstərilməsi prosesində səmərəliliyin artırılması üçün həmin qurumların idarəetmə formasının dəyişdirilməsinə ehtiyac var. Üçüncüsü, enerji sahəsində də idarəetmənin vahidləşməsini, AZAL da daxil olmaqla, bir sıra dövlət şirkətləri və müəssisələrinin səhmlərinin bir hissəsinin idarəetməyə verilməsini məqsədəuyğun hesab edirik”.

Qeyd edək ki, Prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında 4 qurum ləğv edilərək əvəzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler