» » Əli Kərimlinin müşavirinə 6 aylıq cəza istənildi

Əli Kərimlinin müşavirinə 6 aylıq cəza istənildi

Bölmə: Siyasət
Əli Kərimlinin müşavirinə 6 aylıq cəza istənildi
Bu gün Suraxanı Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahimin məhkəməsi keçirilib.

Xalqinfo.az xəbər verir ki, bugünkü iclasda prokuror çıxış edərək M.İbrahimin Cinayət Məcəlləsinin 317-1.2-ci (həbsdə saxlanan şəxsin qadağan olunmuş əşyaları hazırlaması, saxlaması, gəzdirməsi, daşıması və ya istifadəsi) maddəsi ilə ittiham olunaraq 6 ay 2 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror əlavə edib ki, 2 gün onun bundan öncəki cəzasından qalan günlərin sayıdır.

Məhkəmə prosesi yanvarın 10-da davam etdiriləcək. Həmin gün M.İbrahimin son söz deyəcəyi gözlənilir.

Qeyd edək ki, M.İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanan cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub. O, xuliqanlıqda ittiham edilərək Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, onun cəzasının başa çatmasına az qalmış yatağının altından bıçaq tiyəsi tapılıb. Lakin M.İbrahim bu ittihamı qəbul etməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler