» » "Böhtan xarakterli yazıdır” -

"Böhtan xarakterli yazıdır” - Prezidentin mətbuat katibi

Bölmə: Siyasət, BLOK XƏBƏR
"Böhtan xarakterli yazıdır” -





“Yalnız bir şey deyə bilərəm ki, “The Guardian” qəzetində prezidentin ailə üzvləri ilə bağlı gedən məlumatlar tam iftira, yalan, böhtan xarakteri daşıyan yazılardır”.

Xalqinfo.az -ın məlumatına görə, bu sözləri Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov “BBC News Azərbaycanca”ya bildirib.

Onun sözlərinə görə, “əvvəllər də bu cür yazılar gedib, amma öz təsdiqini tapmayıb və Azərbaycana qarşı bu cür yazılar təxribat, böhtan və qarayaxma kampaniyasından başqa heç bir şey deyil”.

A. Qasımov əlavə edib ki, bu, “Azərbaycanın qonşuları ilə münasibətlərinin gücləndiyi bir şəraitdə təzyiqdən başqa bir şey deyil”.

Azər Qasımov bundan əlavə heç bir şərh verməyəcəyini deyib


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler