» » Milli Məclisin komitələrinin səlahiyyəti artırılır

Milli Məclisin komitələrinin səlahiyyəti artırılır

Bölmə: Siyasət
Milli Məclisin komitələrinin səlahiyyəti artırılır
Azərbaycan Milli Məclisinin (MM) İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Ailə, qadın və uşaq komitəsinin səlahiyyəti artırılır.

Xalqinfo.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik edilir.

Qanuna edilən əlavə ilə parlamentin İnsan hüquqları komitəsi Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birlikdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) fəaliyyəti haqqında illik məlumata baxacaq və rəy verəcək.

Digər dəyişikliklə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Hesablama Palatasının fəaliyyəti barədə illik hesabata baxacaq və rəy verəcək.

Qanun layihəsi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler