» » "Azərbaycanda siyasi fəaliyyətinə görə heç kim təqib olunmur"-

"Azərbaycanda siyasi fəaliyyətinə görə heç kim təqib olunmur"- Bahar Muradova

Bölmə: Siyasət, BLOK XƏBƏR
 "Azərbaycanda siyasi fəaliyyətinə görə heç kim təqib olunmur"-



Milli Məclisin vitse-spikeri Bahar Muradova bəzi hüquq müdafiəçilərinin Azərbaycanda 150-yə yaxın siyasi məhbusun olması barədə iddialarına münasibət bildirib.

"Report" xəbər verir ki, vitse-spiker Azərbaycanda siyasi fəaliyyətinə görə heç kimin təqib olunmadığını qeyd edib.

"Bilirsiniz, hüquq müdafiəçiləri bununla bağlı ziddiyyətli rəqəmlər səsləndirirlər. Mən bu yaxınlarda bir hüquq müdafiəçisi ilə söhbət etmişəm. O, başqa bir rəqəm söyləyir. Mən özünü hüquq müdafiəçisi adlandıran ayrı-ayrı fərdlərin irəli sürdüyü rəqəmlərə izah vermək niyyətində deyiləm" -, deyə o qeyd edib.

B.Muradovanın sözlərinə görə, Azərbaycanda siyasi fəaliyyətinə görə təqib olunan şəxs yoxdur.

"Siyasi məhbus adlandırılan şəxslər bu və ya digər partiyaya mənsubluğunu qabardaraq bu adların onların üzərinə qoyulmasına çalışırlar. Onların Cinayət Məcəlləsi və yaxud da İnzibati Məcəllənin bu və ya digər müddəasını pozması faktları var. Ona görə də birmənalı şəkildə Azərbaycanda şəxslərin siyasi baxışlarına görə təqib olunmaması qənaətindəyəm", - o vurğulayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler