» » MDB başçılarının Peterburqda qeyri-rəsmi sammiti keçirilir

MDB başçılarının Peterburqda qeyri-rəsmi sammiti keçirilir

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
MDB başçılarının Peterburqda qeyri-rəsmi sammiti keçirilir
MDB ölkələrinin qeyri-rəsmi sammiti Peterburqda öz işinə başlayıb.

Xalqinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, görüş ənənəvi şəkil çəkilməsi ilə başlayıb. Daha sonra qonaqlar Rusiya prezidenti Vladimir Putini salamlayıblar.

Görüşdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Tacikistan prezidenti Emomali Rahmon, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov və Özbəkistan prezidenti Şavkat Mirziyöyev iştirak edir.

Sammit dostluq yeməyi çərçivəsində davam edəcək. Burada hər bir iştirakçı istənilən məsələ barədə müzakirə qaldıra bilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler