» » İlham Əliyev ABŞ səfirliyində olub - Fotolar

İlham Əliyev ABŞ səfirliyində olub - Fotolar

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İlham Əliyev ABŞ səfirliyində olub - Fotolar



Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinə gələrək Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib.

Xalqinfo.az xəbər verir ki, ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Vilyam Gill dövlət başçısı İlham Əliyevi qarşılayıb.

Prezident dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

İlham Əliyev mərhum prezident Corc Buşun Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin yaradılmasında və inkişafında rolunu xüsusi vurğulayıb. Prezident Corc Buşun ulu öndər Heydər Əliyevlə yaxın münasibətlərini, vaxtilə onun Heydər Əliyevi öz evində qəbul etməsini xatırlayıb, bunun çox vacib və unudulmaz bir görüş olduğunu deyib.

Müvəqqəti işlər vəkili Vilyam Gill Prezident İlham Əliyevin səfirliyə gəlməsindən böyük şərəf duyduğunu bildirib. O qeyd edib ki, Corc Buş Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik münasibətlər quran prezident kimi ölkələrimiz arasında güclü münasibətlərin təməlini qoyub.

İlham Əliyev ABŞ səfirliyində olub - Fotolar
İlham Əliyev ABŞ səfirliyində olub - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler